Bakıda tuneli bağlayıb, əylənən gənclərlə bağlı RƏSMİ AÇIQLAMA – VİDEObackend

Bakıda tuneli bağlayıb, əylənən gənclərlə bağlı RƏSMİ AÇIQLAMA – VİDEO

Sosial şəbəkələrdə Bakının mərkəzi küçələrindən birində gur hərəkətin olduğu tuneli bağlayaraq, bir dəstə gəncin dəlisov əyləncəsini əks etdirən video yayımlanıb.
Məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsilə əlaqə saxladıq.Hokm.az bildirir ki, qurumun mətbuat xidmətinin rəhbəri, polis polkovniki Vaqif Əsədov BAKU.WS-ə açıqlamasında hazırda sözügedən məsələ ilə əlaqədar idarədə araşdırma aparıldığını bildirdi.
“Məsələ ilə bağlı məlumatımız var. Artıq bununla bağlı rəhbərliyə müraciət olunub. Videodan da göründüyü kimi bu köhnə hadisədir. Bununla belə, hadisənin vaxtı və saatı dəqiq məlum deyil. İnsanların üzünü belə müəyyən etmək olmur. Hazırda araşdırma aparılır. Araşdırmalardan sonra məsələyə hüquqi qiymət veriləcək”, – deyə V.Əsədov bildirib.
  •  (0)
  •  (0)