Bakıda toy etmək istəyənlər saxlanıldı – RƏSMİbackend

Bakıda toy etmək istəyənlər saxlanıldı – RƏSMİ

Paytaxt ərazisində restoranların birində toy etmək istəyən şəxslər saxlanılıb.
Hokm.az.az xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 31-ci Polis Bölməsi (PB) əməkdaşları rayon ərazisində “Xonça” restoranında təşkil edilən toy mərasiminin keçirilməsinin qarşısını alıb.
Məlumata görə, toy mərasiminin təşkilatçı və 60-a yaxın şəxs saxlanılaraq 31-ci PB-yə gətiriliblər.
Hazırda karantini pozan həmin şəxslərin barəsində qanunauyğun olaraq tədbir görülür.
Araşdırmalar aparılır.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Anews.az-a faktı təsdiqləyib.

  •  (0)
  •  (0)