Bakıda torpaq almaq istəyənlərin NƏZƏRİNƏ: Qiymətlər ucuzlaşıbbackend

Bakıda torpaq almaq istəyənlərin NƏZƏRİNƏ: Qiymətlər ucuzlaşıb

Bakıda torpaq bazarında aktivlik müşahidə olunub.

Hokm.az “oxu.az”a istinadla xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin məlumatına görə, sentyabr ayı üzrə paytaxtda torpaq sahələrinin bir sotu üçün orta qiyməti 20 800 manat olub.

Bu qiymət əvvəlki ay ilə (avqust) müqayisədə 4,6 faiz, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 4,7 faiz azalıb.

Bazarda təklif sayı artıb. Baxmayaraq ki, illik müqayisədə təklif həcmi 7 faiz azalsa da, sentyabr ayında təkliflərin sayı avqust ayına nəzərən 62,2 faiz artıb.

  •  (0)
  •  (0)