Bakıda TIR aşdı – iranlı sürücünün qolu amputasiya edildibackend

Bakıda TIR aşdı – iranlı sürücünün qolu amputasiya edildi

Bakı-Qazax şossesində güclü külək qəzaya səbəb olub.

Hokm.az Bizim.Media-ya istinadən xəbər verir ki, hadisə Bakı dairəvi yolunda qeydə alınıb.

Belə ki, İran vətəndaşı 1983-cü il təvəllüdlü Cəbrayıl Cavanşir Musa oğlu idarə etdiyi MAN markalı yük avtomobili ilə hərəkətdə olan zaman qəfil güclü külək əsib. Bu zaman ağır tonnajlı yük avtomobili aşıb. Sürücü qolundan ağır xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Həkimlər cərrahi əməliyyat zamanı Cavanşir Cəbrayılın qolunu amputasiya edib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

  •  (0)
  •  (0)