Bakıda “TikTok”da yazılmış sözlərə görə öldürülən şəxs qazi imiş – FOTObackend

Bakıda “TikTok”da yazılmış sözlərə görə öldürülən şəxs qazi imiş – FOTO

Noyabrın 9-u saat 17 radələrində Bakı şəhər Nizami rayonu Qara Qarayev prospektində 1991-ci il təvəllüdlü Natiq Ramazanovun qətlə yetirilməsi ilə bağlı bəzi faktlar üzə çıxıb.

Hokm.az xəbər verir ki, “TikTok” sosial şəbəkəsində yazdığı nalayiq ifadələrə əlaqədar şəhər sakini 1982-ci il təvəllüdlü Əli Musayev tərəfindən qətlə yetirilən Natiq Ramazanov Vətən Müharibəsi qazisi olub və müharibədə leytenant rütbəsi ilə iştirak edib.

Hadisəyə gəlincə, “Tiktok”dakı müzakirələr zamanı müəyyən kəsim dindarlar barəsində kinayə və təhqiramiz formada şərhlər yazan Natiq həmin dindarların kəskin reaksiyası ilə üzləşib. Daha sonra onlar Nizami rayonu, Q.Qarayev prospektində görüşməklə bağlı razılığa gəliblər. Üzbəüz gələn kimi Ə.Musayev özü ilə gətirdiyi bıçaqla natiqin budunun yuxarı hissəsinə xəsarət yetirib, çoxlu qan itirən 30 yaşlı şəxs vəfat edib.

Hadisəni törədən və qətlə yetirilən şəxsin fotolarını təqdim edirik.Publika.az

 

  •  (0)
  •  (0)