Bakıda sürücüləri çaşdıran yol nişanı – FOTObackend

Bakıda sürücüləri çaşdıran yol nişanı – FOTO

Bakıda nişanlar arasında olan ziddiyət sürücüləri çaş-baş salıb. Hokm.az xəbər verir ki, paytaxtın Azərbaycan prospektində (Daxili İşlər Nazirliyinin yaxınlığında) nəqliyyat vasitələrinin hərəkət istiqamətini bildirən 1.18 nişanlanması düzünə və sola təşkil edilib, dirəkdəki 4.1.1 nişanı isə hərəkətin yalnız düzünə məcburi olduğunu göstərir. Məcburi hərəkət istiqamətini bildirən 4.1.1 nişanı ağacın arxasında quraşdırıldığı üçün sürücülər həmin nişanı vaxtında görə bilmir. Bununla yanaşı nişanlar arasında ziddiyət olduğu üçün sürücülər hansının qüvvədə olduğundan xəbərsizdirlər.

Qanunvericiliyə görə yol nişanları və nişanlanma xətləri arasında ziddiyət olmamalıdır. Əgər ziddiyət olarsa sürücülər təhlükəsizlik qaydalarına riayət etmək şərtilə iki nişandan birini üstün götürə bilər. Onu da qeyd edək ki, qanunvericiliyin tələbinə görə məcburi hərəkət istiqaməti nişanları ilə 1.18 nişanlanma xətləri birgə tətbiq edilə bilməz.Avtosfer.az

  •  (0)
  •  (1)