Bakıda şok qiymət: Dönər + ayran 1 manata – Bu necə ola bilər?backend

Bakıda şok qiymət: Dönər + ayran 1 manata – Bu necə ola bilər?

Dönər, yanında da ayran cəmi 1 manata. Ətin və toyuğun qiyməti məlum olsa da, bu qiymətə dönərin satılması hamıda təəccüb doğurur. 

Hokm.az xəbər verir ki, bu qiymətə dönərlərin satılmasına şəhərin müxətlif metrolarının çıxışında rast gəlmək mümkündür.

İnfeksiyanın hökm sürdüyü bu günlərdə qaydaları qorumaqla yanaşı çöl şəraitində yediyimiz qida məhsullarına da diqqət etməliyik. Təəssüflər olsun ki, paytaxtın əksər yerlərində fəaliyyət göstərən dönərxanalarda vəziyyət ürəkaçan deyil.

Qiymətinin çox ucuz olduğu dönərxanalarda isə ansisanitar şərait hökm sürür. Elə bu səbəbdən qida təhlükəsizliyi agentliyi tərəfindən dönərxanaların sağlamlaşdırılması layihəsinə start verilib.

ATV kanalının mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:

  •  (0)
  •  (0)