Bakıda şok hadisə: Taksi sürücüsü sərxoş qadına görün nə etdi – VİDEObackend

Bakıda şok hadisə: Taksi sürücüsü sərxoş qadına görün nə etdi – VİDEO

Türkiyə vətəndaşına qarşı soyğunçuluq edən taksi sürücüsü saxlanılıb.

Hokm.az xəbər verir ki, hadisə Abşeron rayonu Mehdiabad qəsəbəsində qeydə alınıb. Taksi şirkətlərinin birində sürücü kimi fəaliyyət  göstərən Bakı şəhəri Binəqədi rayonunda yaşayan Fərid Əsgərov müştərisinə qarşı soyğunçuluq edib.

O, şirkət tərəfindən göndərilən sifarişi qəbul edərək Türkiyə vətəndaşı olan bir xanımı maşına əyləşdirərək lazımi ünvanlara aparıb.

Həmin xanım bankomatdan pul çıxarıb və sonra taksi sürücüsündən onu otellərdən birinə yerləşməyə kömək etməsini xahiş edib. Fərid Əsgərov xanımı Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən otellərdən birinə gətirib. Sonra müştərinin sərxoş vəziyyətdə olduğunu görən taksi sürücüsü ona qarşı soyğunçuluq edib.

Fərid Əsgərov törətdiyi əməli etiraf edib və bundan peşman olduğunu bildirib:

“Həmin anda ona aid iki ədəd “İphone” markalı telefonu, pul, sənədlər, gödəkçəsi mənim maşınımda qalmışdı. Mən onu otelə yerləşdirdikdə içkili vəziyyətdə idi. Bunu gördüm. Onu otelə yerləşdirdikdən sonra oradan uzaqlaşdım.”

Onun üzərinə keçirilən baxış zamanı psixotrop maddə hesab edilən metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Mehdiabad polis bölməsinə araşdırma aparılır.

  •  (0)
  •  (2)