Bakı şəhərində yerləşən 189-190 nömrəli tam orta məktəbin direktoru Ceyran Kuliyeva işdən çıxarılıb.
Hokm.az-ın məlumatına görə, buna səbəb direktorun məktəbdəki xərcləri təmin etmək üçün valideynlərdən pul yığılması ilə bağlı yayaılan səs yazısıdır.
O, bu gün vəzifəsindən azad olunub.
Qeyd edək ki, direktor səs yazısında “Siz fikirləşmirsiniz ki, məktəbin xərclərini nə ilə ödəməliyik?”, – deyə o, valideynlərə təzyiq edib.Oxu.az