Bakıda sərnişin avtobusu qəzaya uğrayıb – FOTObackend

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb – FOTO

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Hokm.az APA-ya istinadən xəbər verir ki, Zığ yolu şosesində “Daewoo” markalı avtobus yoldan çıxıb.

Hava limanı istiqamətində hərəkətdə olan 60 nömrəli sərnişin avtobusu idarəetmədən çıxaraq arakəsmələrə çırpılıb.

Qəza zamanı xəsarət alanların olub-olmaması dəqiqləşdirilir.

  •  (0)
  •  (0)