Bakıda sərnişin avtobusu qəzaya düşüb, yaralılar var – FOTOLARbackend

Bakıda sərnişin avtobusu qəzaya düşüb, yaralılar var – FOTOLAR

Qəza nəticəsində 2 nəfər xəsarət alıb

 

Bu gün Bakı şəhəri, Qaradağ rayonu, “Sədərək” Ticarət Mərkəzi ərazisində sərnişin avtobusu və minik avtomobili toqquşub.

 

Hokm.az-ın APA-ya istinadən məlumatına görə, Xırdalan-“Binə” Ticarət Mərkəzi istiqamətdə hərəkət edən 596 saylı, “01 BS 245” dövlət nömrə nişanlı avtobusla “90 NK 538” dövlət nömrə nişanlı “Mercedes” markalı avtomobil toqquşub.

 

Qəza nəticəsində 2 nəfər xəsarət alıb, onlardan birinin durumu ağırdır. Qəzada xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.

  •  (0)
  •  (0)