Bakıda qırmızı işıqda yolu keçən avtomobil zəncirvari qəzaya səbəb olub – VİDEObackend

Bakıda qırmızı işıqda yolu keçən avtomobil zəncirvari qəzaya səbəb olub – VİDEO

Bakının Nəsimi rayonunda 4 avtomobil toqquşub.

Hokm.az  APA-ya istinadən xəbər verir ki, hadisə Cavadxan küçəsində baş verib.

Qəzaya uğrayan “Hyundai” markalı avtomobilin sürücüsü Məzahir Əliyevin APA-ya verdiyi məlumata görə, “Opel” markalı nəqliyyat vasitəsi işıqforun qırmızı işığından keçib.

“Opel” işıqforun yaşıl işığından keçən “Kia”, “Hyundai” və eyni markalı nəqliyyat vasitələrinə çırpılıb. Hadisə yerinə polislər cəlb olunub.

  •  (0)
  •  (0)