Bakıda qəzalı vəziyyətdə olan dayanacaq və səkidə qalmış yol nişanı: Nəzarət yoxdur – VİDEObackend

Bakıda qəzalı vəziyyətdə olan dayanacaq və səkidə qalmış yol nişanı: Nəzarət yoxdur – VİDEO

Paytaxtın yeni Salyan şossesində olan avtobus dayanacağı qəzalı vəziyyətdədir.

Hokm.az Avtosfer.az-a istinadən xəbər verir ki, həmin dayanacaq Su İdman sarayının yaxınlığındadır. Dayanacağın üst hissəsi əyildiyi üçün güclü külək zamanı avtobus gözləyən sərnişinlərin həyatına təhlükə yarada bilər.
Qeyd edək ki, avtobus dayanacağını bildirən 5.12 yol nişanı düşərək günlərdir səkinin üzərində qalıb. Nişan dirəkdə olmadığı üçün hər an oğurlanma ehtimalı var. Çox təəssüf ki, Bakı Nəqliyyat Agentliyi buna nəzarət etmir.

  •  (0)
  •  (0)