Bakıda qəribə oğurluq: Apardığı pulu “qələt eləmişəm” məktubu ilə geri qaytardıbackend

Bakıda qəribə oğurluq: Apardığı pulu “qələt eləmişəm” məktubu ilə geri qaytardı

Bakıda qəribə oğurluq hadisəsi baş verib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində yerləşən mağazaların birində qeydə alınıb.

Mağazaya gəlmiş naməlum şəxs piştaxtanın üzərindəki 200 manat pulu götürərək qaçıb.

Sonradan mağaza sahibi S.Musazadə mağazanın içərisində “qələt eləmişəm” sözləri yazılmış kağız və 200 manat olan paket tapıb.

Hazırda naməlum şəxsin axtarışları davam etdirilir.

  •  (0)
  •  (0)