Bakıda qatar vuran oğlanla bağlı araşdırma başlandıbackend

Bakıda qatar vuran oğlanla bağlı araşdırma başlandı

Bakıda gənc oğlanı qatar vurmasına görə hüquq-mühafizə orqanlarında araşdırmalara başlanılıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq “Azərbaycan Dəmir Yolları” QSC-dən bildiriblər. Qeyd olunub ki, hadisə nəticəsində 1993-cü il təvəllüdlü İmişli rayon sakini Ələsgərov Pərvin Nizami oğlu dünyasını dəyişib:

“Bu gün səhər saat 08:07 radələrində Bakı-Yalama elektrik qatarı Keşlə stansiyası ərazisində hərəkətdə olarkən bədbəxt hadisə baş verib. 1993-cü il təvəllüdlü İmişli rayon sakini Ələsgərov Pərvin Nizami oğlu qəflətən qatarın qarşısına çıxıb. Pərvin Ələsgərov aldığı bədən xəsarətindən hadisə yerində dünyasını dəyişib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır”.

  •  (0)
  •  (0)