Bakıda qatar velosipedçini vurub öldürdübackend

Bakıda qatar velosipedçini vurub öldürdü

Qaradağda qatar velosiped sürən şəxsi vurub.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sentyabrın 22-də saat 20 radələrində Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisindəki qorunan keçiddə Biləcəri lokomotiv deposuna məxsus elektrovoz velosiped sürən Cəlilabad rayon sakini Hüseyn Quluzadəni vurub.

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qaradağ rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

  •  (0)
  •  (0)