Bakıda qadın gecə klubunda intihara cəhd etdibackend

Bakıda qadın gecə klubunda intihara cəhd etdi

Bakıda intihara cəhd hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, 1988-ci il təvəllüdlü Şahbazova Məryəm Tofiq qızı gecə klublarının birində mübahisə zəminində özünə bıçaq zərbələri endirib.

Yaralı xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun qarın boşluğunda 3 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb. M.Şahbazova cərrahi əməliyyat edilib.

Hadisənin təfərrüatı araşdırılır.

  •  (0)
  •  (0)