Bakıda qadın çoxmərtəbəli binanın eyvanından yerə düşdübackend

Bakıda qadın çoxmərtəbəli binanın eyvanından yerə düşdü

Bakıda 30-35 yaşlarında qadın çoxmərtəbəli binanın eyvanından yerə düşüb.

Hadisə paytaxtın Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi 52 ünvanında qeydə alınıb.

Binanın 4-cü mərtəbəsindən yıxılan qadın aşağıda dayanan avtomobilin üzərinə düşüb. Çoxsaylı xəsarətlər alan qadının durumu ağırdır.

Hadisə yerinə polis əməkdaşları gəlib.

Qadının özünü yerə atdığı, yaxud ehtiyatsızlıqdan yerə düşdüyü araşdırmalardan sonra məlum olacaq.Report

  •  (0)
  •  (0)