Bakıda prokurorluq orqanlarının 8 əməkdaşı məsuliyyətə cəlb edilibbackend

Bakıda prokurorluq orqanlarının 8 əməkdaşı məsuliyyətə cəlb edilib

Ötən il Bakı şəhər prokurorluq orqanlarının 8 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub.

Hokm.az-ın məlumatına görə, bu barədə Bakı şəhər Prokurorluğunda keçirilən əməliyyat müşavirəsində şəhər prokuroru İlqar Abbasov deyib.

Əməliyyat müşavirəsində qeyd olunub ki, hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, fəaliyyətlərində qanunsuzluq hallarına və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə tələbkarlıq artırılıb.

Hesabat dövründə Baş prokurorun müvafiq əmrləri ilə şəhər prokurorluq orqanlarının 8 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, onlardan 3 nəfərə şiddətli töhmət, 5 nəfərə isə töhmət elan olunub.BAKU.WS

 


Hostimul.com saytında müştərilərə təklif olunan bulud serverlər DdoS hücumlarına
qarşı maksimum müdafiə olunur və sizin saytınız və serveriniz istənilən kiber hücum
zamanı tam təhlükəsiz olur. Hostimul.com saytında bulud serverlərin quraşdırılması
zamanı heç bir ödəniş tələb olunmur. Həmçini bulud serverlərdə istənilən qədər
domen adı istifadə etmək mümükündür.

Daha ətraflı məlumat üçün: https://hostimul.com/cloud-vps-hosting/

  •  (0)
  •  (0)