Bakıda polis şöbəsində öldürülən qadının meyiti binadan belə çıxarıldı – VİDEObackend

Bakıda polis şöbəsində öldürülən qadının meyiti binadan belə çıxarıldı – VİDEO

Sosial şəbəkədə bu gün Nizami Rayon Polis İdarəsinin (RPİ) Post Patrul Xidmətinin əməkdaşı polis nəfəri İsmayıl Məmmədovun xidmətdə olarkən Nizami RPİ-nin 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq Xanım Məmmədovanı qəsdən öldürməsi hadisəsindən sonra çəkilmiş görüntülər yayılıb.

Hokm.az xəbər verir ki, görüntülərdə qətlə yetirilmiş qadının meyitinin binadan çıxarılaraq avtomobilə qoyulması görünür.

Həmin kadrları təqdim edirik.

Qeyd edək ki, faktla bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İsmayıl Məmmədov şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

  •  (1)
  •  (3)