Bakıda partlayışda yaralananların ikisi xəstəxanadan evə buraxılıbbackend

Bakıda partlayışda yaralananların ikisi xəstəxanadan evə buraxılıb

Bakıda gecə klubunda baş vermiş partlayış zamanı xəsarət alan iki nəfər ilkin tibbi müdaxilədən sonra vəziyyətləri qiymətləndirilərək evə buraxılıb.

Bu barədə Hokm.az-a TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, 3 aprel 2022-ci il tarixdə Səbail rayonu Tərlan Əliyarbəyov küçəsində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alan şəxslərdən Nərimanov Tibb Mərkəzində müalicə alan 2 nəfər Mərkəzin həkimləri tərəfindən müayinə olunub, ilkin tibbi müdaxilədən sonra vəziyyətləri qiymətləndirilərək evə buraxılmalarına icazə verilib.

Xatırladaq ki, hadisə bu gün saat 03:00 radələrində Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda baş verib. Partlayış nəticəsində 1 nəfər ölüb, 31 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə propan qaz balonunun partlaması səbəbindən baş verib.

  •  (0)
  •  (0)