“Bakıda parka çıxsan yoluxarsan, Yevlaxda, Mingəçevirdə yox?!”backend

“Bakıda parka çıxsan yoluxarsan, Yevlaxda, Mingəçevirdə yox?!”

“Bakıda parka çıxsan yoluxarsan, Yevlaxda, Mingəçevirdə yox?!”

“Bulvar və parkları may ayında, belə havada bağlı saxlamaq məntiqsizlikdir. Zatən D vitamini istənilən viruslarla mübarizədə önəmli rol oynayır, insan orqanizminə təmiz havada, günəşdə gəzmək ancaq xeyir verə bilər”.

 

Hokm.az-ın Pravda.az-a istinadən xəbərinə görə, bunu ReAI Partiyanın funksioneri Natiq Cəfərli deyib.

 

“Kimdir bunlara məsləhət verən?! Sosial məsafə qaydasına uymaqla tək-tək, ya da 2-3 nəfər birlikdə (maska taxaraq) gəzməyin nə ziyanı ola bilər?! SMS-siz bayıra çıxanı cəzalandıra bilirsənsə, parklarda sosial məsafəni pozanı da cəzalandır – daha niyə topdan qadağan edirsən ki?! Yaxşı, Bakıda parka çıxsan yoluxarsan, Yevlaxda, Mingəçevirdə yox?! Məntiqlərinə çoxdan keçə yamamışdım…” – N.Cəfərli qeyd edib.

  •  (0)
  •  (0)