Bakıda özünü binadan atan qız son anda xilas edildi – HƏYƏCANLI ANLAR/VİDEObackend

Bakıda özünü binadan atan qız son anda xilas edildi – HƏYƏCANLI ANLAR/VİDEO

Bu gün Bakı şəhəri Xətai rayonu ərazisində intihara cəhd olub.

Hokm.az publika.az-a istinadən xəbər verir ki, İzzət Orucov küçəsində gənc qız yaşadığı 15-ci mərtəbədəki evin eyvanındakı məhəccərə çıxaraq özünü aşağı atmaq istəyib. Ailə üzvləri son anda ondan yapışaraq qızın yerə düşməsinin qarşısını alıb.

Qeyd edək ki, hadisənin baş verdiyi bina 37-ci Polis Şöbəsinin yaxınlığında yerləşir.

Hadisənin görüntülərini təqdim edirik.

Qeyd edək ki, görüntüləri jurnalist Ülviyyə İsmayılova paylaşıb.

  •  (0)
  •  (0)