Bakıda “Niva” ağır qəzaya düşdü – ÖLƏN VARbackend

Bakıda “Niva” ağır qəzaya düşdü – ÖLƏN VAR

Avqustun 4-də saat 7 radələrində Xəzər rayonu Binə qəsəbəsi ərazisində ağır yol qəzası baş verib.

Hokm.az xəbər verir ki, Beyləqan rayon sakini Rəşad Bəkirov idarə etdiyi “VAZ-2121” markalı avtomobili maneəyə vurub. Nəticədə xəsarət almış sürücü xəstəxanaya aparılarkən ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib.

Xəzər RPİ tərəfindən araşdırma aparılır

  •  (0)
  •  (0)