Bakıda məşhur restoranda FACİƏ: Ölən varbackend

Bakıda məşhur restoranda FACİƏ: Ölən var

İyulun 3-ü saat 15:00 radələrində rayon sakini Hüseyn Mirzəyevin elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Səbail Rayon Prokurorluğunda ilkin araşdırmalarla müəyyən edilib ki, Hüseyn Mirzəyev Səbail rayonu, E.Əzizov küçəsində yerləşən “Qurman” restoranında optik kabel xəttində yaranan nasazlığı aradan qaldırarkən elektrik xəttinə toxunması nəticəsində hadisə yerində ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

  •  (0)
  •  (1)