Bakıda “Qoç ət” restoranında yanğın: 3 nəfər tüstüdən zəhərlənib – YENİLƏNİBbackend

Bakıda “Qoç ət” restoranında yanğın: 3 nəfər tüstüdən zəhərlənib – YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Bakıda restoranda baş verən yanğınla bağlı daha bir məlumat yayıb.

FHN-dən Hokm.az-a verilən məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 1200 m² olan (hər mərtəbəsi 240 m²) beşmərtəbəli restoran binasının fasadına bərkidilən bacada yağ qalıqları və damında quraşdırılan havalandırma sistemində 1 ədəd mühərrik yanıb.

Yanğın zamanı 3 nəfər tüstüdən zəhərlənib.

Bina yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

————————–

09:23Bakıda restoranda yanğın başlayıb.

Hokm.az “Report”a istinadla xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, Cəfər Xəndan küçəsindəki “Qoç ət” restoranında yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri və texnikası cəlb edilib.

  •  (0)
  •  (0)