Bakıda məşhur Məktəb Lisey bağlandıbackend

Bakıda məşhur Məktəb Lisey bağlandı

Bakı şəhəri Məktəb Lisey Kompleksində müəllim və şagirdlər arasında COVID-19-un geniş yayılması səbəbindən əyani tədris prosesi 14 gün müddətində distant tədrislə əvəz olunub.

Hokm.az Axar.az-a istinadla xəbər verir ki, Bakı şəhəri Nərimanov rayonu Gigiyena Epidemioloji Mərkəzi təhsil ocağında tədrisin məsafədən davam etməsini məqsədəuyğun hesab edib.

Qeyd edək ki, noyabr ayında da təhsil ocağında əyani tədris prosesi 14 gün müddətində distant tədrislə əvəz olunmuşdu.

  •  (0)
  •  (0)