Bakıda məşhur geyim mağazası ilə müştəri arasında qalmaqal yaşanıb.
Hokm.az xəbər verir ki, Samirə İsmayılova adlı xanım “Gənclik Mall” ticarət mərkəzində yerləşən “Liu-jo” adlı mağazadan çanta alıb. Müştərinin sözlərinə görə, 251.99 dəyərində olan çanta 1 dəfə istifadə olunduqdan sonra yararsız vəziyyətə düşüb.
Bu barədə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseyonov məlumat verib.
E.Hüseynov ona ünvanlanan şikayət ərizəsinin mətnini “Facebook” səhifəsində paylaşıb.
Həmin mətni sizə təqdim edirik:
“Mən, İsmayılova Samirə qızım ilə 27.06.2019 tarixində “Ganjlik Mall” centre-də yerləşən Liu-jo mağazasından 251.99 man ödəyərək ağ rəngli təbii dəri olan əl çantası almışıq. Alış zamanı çantanın təbii dəri olduğunu bildirmişlər. Çantanı bir dəfə götürdükdən (30.06.2019) sonra o,yararsız vəziyyətə düşüb belə ki, arxa tərəfi qara rəng alıb (çünki, üst qatdakı ağ rəng tamamilə silinib).Satış qəbzində qeyd olunub ki, malı 14 gün ərzində dəyi bişdirə bilərəm. Mağazaya 01.07.2019 tarixində yaxınlaşıb kassa ceki ilə birlikdə mənə satılan məhsulun keyfiyyətsiz,dəri olmadığı,rəngi getdiyi üçün başqası ilə əvəz etməklərini istədikdə məni borclu çıxararaq dedilər ki,paltarınızın rəngi çıxıb biz malı dəyişə bilmərik və mənə kobud rəftar edərək mənim müştəri hüquqlarımı pozdular.Məgər sumkanın rəngi paltardan asıli olaraq öz-özünə dəyişəlidir? Mən israr etdikdən sonra mənə dedilər ki, ofis ilə əlaqə saxlayacağıq və çantanı ekspertizaya göndərəcəyik,gün ərzində məlumat verəcəyik. 04.07.2019 tarixində məsələ ilə bağlı bizə heç bir məlumat bildirilmədikdə, biz ofis ilə əlaqə saxladıq(Tel:3100114,0114) və Anna xanım ilə məsələ ilə bağlı danışaraq onlar bizim mağaza əməkdaşlarını “Матом” kimi nalayiq sözlər ilə təhqir etdiyimiz üçün bizi məhkəməyə verəcəklərini bildirərək nəinki malı dəyişdirmək,əksinə bizə böhtan atdılar(halbuki kameralarda hər şey var). Daha sonra Anna söz verdi ki, çantanı kimyəvi təmizləməyə apararaq bizə qaytaracaqlar və söz əsnasında Anna xanım bizə çantanin təbii dəri olmadığını etiraf etdi. 04.07.2019 tarixində saat 16:00-da (tel.0502515186) xəbər verdilər ki, gəlib çantanı götürə bilərsiniz, onu dəyişə bilmərik və sizə heç bir köməklik edə bilməyəcəyik. Burada onlar bir daha yalan danışaraq müştəri hüquqlarımızı pozdular. Keyfiyyətsiz mal satdıqlarına baxmayaraq bizdən üzr belə istəmədilər və bizə 4 gün,qanunlarımıza və bizə “meydan” oxudular. Azərbaycan vətəndaşı kimi, ziyalı, fəlsəfə elmləri doktoru, 30 ilin təhsil işçisi kimi sizdən müştəri hüquqlarımın qorunmasını istəyirəm. Marka adı ilə vətəndaşlara keyfiyyətsiz mal satan bu insanların hərəkətini Azərbaycan dövlətçiliyinə qarşı yönəlmiş bir diversiya hesab edirəm. Müştəri hüquqlarımın təmin olunmasında mənə köməklik etməyinizi xahiş edirəm.Dükana və işçilərə inamım itdiyi,kobud rəftarları ücün malin qaytarılmasını,ödədiyim 251,99 AZN-in verilməsini bu dükan barədə dövlət orqanlarına və KİV-ə məlumat verilməsini rica edirəm”.
Hokm.az
















