Bakıda mənzilin zirzəmisi neftlə dolub – ev hər an uça bilər – VİDEObackend

Bakıda mənzilin zirzəmisi neftlə dolub – ev hər an uça bilər – VİDEO

Ötən gün Balaxanı qəsəbəsi, Dirçəliş küçəsi dalan 2-də yerləşən mənzilin bir hissəsi çöküb.

Xezerxeber.az-ın məlumatına görə, mənbəyi bilinməyən neft zirzəmiyə dolub və evin otaqlarında çat əmələ gəlib.

Ev sahibi Kəmalə Alışova deyib ki, qonşuda gecələmək məcburiyyətində qalıblar. Onun sözlərinə görə, əraziyə bir neçə dövlət qurumu tərəfindən baxış keçirilsə də, yekunda hansısa nəticə əldə olunmayıb.

SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov “Xəzər Xəbər”ə bildirib ki, vətəndaşın müraciəti əsasında həmin mənzilə baxış keçirilib.

İbrahim Əhmədovun sözlərinə görə, həmin ərazidə indiyə kimi qazma və istehsalat işi aparılmayıb. Mənzilə ən yaxın neft quyusu 260 metr məsafədə yerləşir və həmin vətəndaşın ordan köçürülməsi SOCAR-ın səlahiyyətində deyil. SOCAR rəsmisi deyib ki, Nazirlər Kabineti 2017-ci ildə vətəndaşların belə ərazilərdən köçürülməsi üçün araşdırmalara başlayıb.

Nazirlər Kabinetindən isə “Xəzər Xəbər”ə bildirildi ki, bununla bağlı məsələ araşdırılacaq.

 

  •  (0)
  •  (0)