Bakıda məhbus daşıyan polis maşını qəzaya düşdübackend

Bakıda məhbus daşıyan polis maşını qəzaya düşdü

Bakıda polis mikroavtobusu qəzaya düşüb.

Hokm.az xəbər verir ki, hadisə Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisində baş verib. Belə ki, Daxili İşlər Nazirliyinə məxsus məhbus daşıyan avtomobil “KİA” markalı maşınla toqquşub. Avtomobillərdən biri yol kənarında olan işıq dirəyinə  çırpılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə “KİA” markalı avtomobilin yol hərəkəti qaydalarını pozması səbəbindən baş verib. Hadisə nəticəsində xəsarət alan yoxdur. Hazırda faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

  •  (0)
  •  (0)