Bakının Nərimanov rayonunda Fətəli xan Xoyski küçəsindən Əhməd Rəcəbli küçəsinə giriş məhdudlaşdırılıb.
Bu barədə Hokm.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.
Bildirilib ki, küçədə hərəkətin məhdudlaşdırılması Əhməd Rəcəbli küçəsindəki binada baş verən yanğınla bağlıdır.
“Report”un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, iki polis əməkdaşı və Fövqəladə Hallar Nazirliyinin (FHN) bir hərbi qulluqçusu vətəndaşların həyatını xilas edərkən tüstüdən boğulma ilə xəstəxanaya çatdırılıb.
Habelə, daha iki vətəndaş (qadınlar) tüstüdən boğulma ilə xəstəxanaya yerləşdirilib.
Onların vəziyyətləri qənaətbəxşdir, həyat təhlükəsinin olmadığı bildirilir.
***
Bakının Nərimanov rayonunda yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb.
















