Bakıda küçədə halı pisləşən şəxs təcili yardım maşınında öldü – KORONAVİRUS?backend

Bakıda küçədə halı pisləşən şəxs təcili yardım maşınında öldü – KORONAVİRUS?

Bakıda ölüm hadisəsi baş verib.

“SAVAŞ” “MediaPost”-a istinadla bildirir ki, Bakı şəhər sakini, 1967-ci il təvəllüdlü Quliyev Eldar Yusif oğlu metronun “28 May” satansiyası yaxınlığında halı anidən pisləşərək özündən gedib.

Xəstə dərhal xəstəxanaya çatdırılıb, ilkin müayinəsdən sonra ona kəskin ağciyərlərin iltihabı diaqnozu qoyulub.

E. Quliyev Təcili Tibbi Yardım maşını ilə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna aparılan zaman yolda ölüb.

Hokm.az

  •  (0)
  •  (0)