Bakıda “KamAZ” uşağın ayağının üzərindən keçib, ayağı amputasiya olunubbackend

Bakıda “KamAZ” uşağın ayağının üzərindən keçib, ayağı amputasiya olunub

Bakıda azyaşlının ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

Belə ki, Binə qəsəbəsində “KamaAZ” markalı yük avtomobili 2015-ci il təvəllüdlü Ə. H-nın sağ ayağının üzərindən keçib.

Ağır xəsarət alan azyaşlı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Yaralı əməliyyat olunub, onun sağ ayağı baldır nahiyəsindən amputasiya olunub.

Hadisənin təfərrüatı araşdırılır.

  •  (0)
  •  (0)