Bakıda intihara cəhd – özünü 6-cı mərtəbədən atmaq istədibackend

Bakıda intihara cəhd – özünü 6-cı mərtəbədən atmaq istədi

Bakının Xətai rayonunda intihara cəhd olub.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, 1 nəfər tikilməkdə olan binanın 6-cı mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

  •  (0)
  •  (0)