Bakıda iki qardaş yoxa çıxdı: Anadan pul tələb edirlərbackend

Bakıda iki qardaş yoxa çıxdı: Anadan pul tələb edirlər

Bakıda iki qardaş itkin düşüb.

Hokm.az xəbər verir ki, paytaxtın Yasamal rayonu, Ə.Əhmədov küçəsində yaşayan 1994-cü il təvəllüdlü R.N. və 1996-cı il təvəllüdlü M.N. evdən çıxıb və geri qayıtmayıblar.

Bu barədə hüquq-mühafizə orqanlarına onların anası məlumat verib.

Ana ərizəsində Kənan adlı şəxsin ona zəng edərək, 2000 manat pul borcunu ödəməsi təqdirdə oğlanlarını ona təhvil verəcəyini qeyd edib.

Faktla bağlı araşdırma aparılır.Oxu.az

  •  (0)
  •  (0)