Bakıda gənc qız eyvandan yıxılıb öldü – FOTObackend

Bakıda gənc qız eyvandan yıxılıb öldü – FOTO

Bakının Xətai rayonunda bədbəxt hadisə baş verib.

Hokm.az xəbər verir ki, hadisə Məzahir Rüstəmov küçəsi 4/6 ünvanında qeydə alınıb.

1990-cı il təvəllüdlü Şəmiyeva Ayşən Rafiq qızı yaşadığı mənzilin eyvanında paltar asarkən yıxılıb. O, hadisə yerində ölüb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.APA

  •  (0)
  •  (0)