Bakıda gənc oğlan 3-cü mərtəbədən yıxılaraq ağır xəsarət aldıbackend

Bakıda gənc oğlan 3-cü mərtəbədən yıxılaraq ağır xəsarət aldı

Bakıda gənc oğlan 3-cü mərtəbədən yıxılaraq ağır xəsarət alıb.

Hokm.az xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb. Zabrat qəsəbəsində 1994-cü il təvəllüdlü Abbasov Təbriz Elbrus oğlu binanın 3-cü mərtəbədən yerə yıxılaraq xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun bədəninin bir neçə nahiyəsində sınıqlar müşahidə olunub. Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.(report.az)

  •  (0)
  •  (0)