Bakıda “Gelandewagen” qəza törədib, yaralı varbackend

Bakıda “Gelandewagen” qəza törədib, yaralı var

Bakı-Sumqayıt şossesində iki avtomobil toqquşub.

Hokm.az APA-ya istinadən xəbər verir ki, qəza şossenin Binəqədi rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.

10 MY 551 dövlət qeydiyyat nişanlı “Mercedes Gelandewagen” markalı avtomobil yüksək sürətlə “Opel” markalı avtomobilə çırpılıb. Sonuncu nəqliyyat vasitəsi deformasiyaya uğrayıb.

“Mercedes”də olan bir nəfər xəsarət alıb. “Opel” markalı avtomobilin sürücüsü bildirib ki, sükanı arxasında olan nəqliyyat vasitəsi nasaz vəziyyətdə yolda dayanıb. Buna görə də qəza işıqlarını yandırıb.

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib

  •  (0)
  •  (0)