Bakıda faciəvi hadisə – “Azərişıq” ASC-nin əməkdaşı öldübackend

Bakıda faciəvi hadisə – “Azərişıq” ASC-nin əməkdaşı öldü

Avqustun 14-ü saat 11 radələrində Binəqədi rayonu, Sulutəpə qəsəbəsi ərazisində bir nəfər şəxsin elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Hokm.az-a rayon prokurorluğundan məlumat verilib.

İlkin araşdırmalarla müəyyən edilib ki, “Azərişıq” ASC-nin Biləcəri Enerji Təchizatı və Satışı İdarəsinin İstismar Şöbəsinin elektrik-montyoru Mütafil Məmmədov qeyd edilən ərazidə elektrik dirəyinə çıxaraq elektrik xəttində təmir işləri görən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

  •  (0)
  •  (0)