Bakıda ətraflı çirkləndirən məşhur şirkət cəzalandırıldıbackend

Bakıda ətraflı çirkləndirən məşhur şirkət cəzalandırıldı

“BUE Caspian” LTD şirkəti cərimə olunması üçün Səbail rayon Məhkəməsinə müraciət olunub.

Hokm.az-ın xəbərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən məhkəməyə müraciət edilib.

İddia olunub ki, “BUE Caspian” LTD tərəfindən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olub, ətraf mühitin müəssisə (istehsalat) monitorinqinin, yaxud ekoloji cəhətdən təhlükə törədə bilən təsərrüfat fəaliyyətinin ətraf mühitə təsirinin uçotunun və hesabatı aparılmayıb, su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsi aşkar edilib.

Göstərilənləri nəzərə alaraq “BUE Caspian” LTD barəsində qanuni tədbirlər görülməsini məhkəmədən xahiş edilib.

Hakim Ülviyyə Şükürovanın sədrliyi ilə baş tutan iclasda iddia təmin olunub.

“BUE Caspian” LTD 12 min 500 manat cərinə olunması barədə qərar qəbul edilib.Demokrat.az

  •  (0)
  •  (0)