Bakıda ər həyat yoldaşının ölümünə səbəb oldu – FACİƏVİ HADİSƏbackend

Bakıda ər həyat yoldaşının ölümünə səbəb oldu – FACİƏVİ HADİSƏ

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hokm.az Publika.az-a istinadən xəbər verir ki, dünən saat 15 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində qəsəbə sakini R.Göyüşov idarə etdiyi “BMW” markalı avtomobili yolun kənarındakı maneəyə vurub. Nəticədə R.Göyüşovun sərnişini, həyat yoldaşı Xanım aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

  •  (0)
  •  (0)