Bakıda direktor tələbə qızı təhqir etdi, nazirlik hərəkətə keçdi – VİDEObackend

Bakıda direktor tələbə qızı təhqir etdi, nazirlik hərəkətə keçdi – VİDEO

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində fəaliyyət göstərən Humanitar Kollecin direktoru Nərmin Qaralova onlayn formada keçirilən imtahan zamanı tələbə qızı təhqir edib.
Bu barədə videogörüntü sosial şəbəkələrdə yayılıb.
Yayılan məlumatlarla əlaqədar olaraq Təhsil Nazirliyində araşdırmalara başlanılıb.
Bununla bağlı nazirlikdən azxeber.com-a məlumat verilib.
Bildirilib ki, hazırda sözügedən məsələyə baxılır:
“Daha sonra ictimaiyyətə məlumat veriləcək”.
Qeyd edək ki, direktor bir neçə ay öncə bu vəzifəyə təyin olunub.
  •  (0)
  •  (0)