Bakıda dəhşətli hadisədə ölən 4 nəfərin kimliyi bilindi – ADLARbackend

Bakıda dəhşətli hadisədə ölən 4 nəfərin kimliyi bilindi – ADLAR

Ötən gecə Bakıda ağır yiol qəzası baş verib.

Hokm.az xəbər verir ki, saat 01 radələrində Binəqədi rayonu – Novxanı bağlar yaşayış massivində Abşeron rayon sakini Ələsgər Əliyevin idarə etdiyi 90 CO 002 dövlət qeydiyyat nişanlı “Range Rover” ilə Yunis Mürsəlovu vurub. Ağır xəsarət alan piyada hadisə yerində ölüb. daha sonra “Range Rover” Murad Ziyadovun sürdüyü 99 ZL 837 dövlət nömrə nişanlı “Daewoo Damas” markalı avtomobil ilə toqquşub. Nəticədə Murad Ziyadov və sərnişini, 1999-cu il təvəllüdlü Şıxəliyev Elman Süleyman oğlu və Kamran Əhmədov hadisə yerində ölüb.

Hadisə zamanı “Range Rover”i sürən Ələsgər Əliyev və sərnişini Elşad Kəlbəliyev yüngül xəsarət alıb. Onlar xəstəxanada müayinə edildikdən sonra saxlanılaraq Binəqədi rayon Polis İdarəsinə gətirilib.

Qeyd edək ki, qəzanı törədən avtomobil Elşad Kəlbəliyevə məxsus olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.publika.az

  •  (0)
  •  (0)