Bakıda dəhşətli hadisə: Qadın özünü xəstəxananın üçüncü mərtəbədən atıbbackend

Bakıda dəhşətli hadisə: Qadın özünü xəstəxananın üçüncü mərtəbədən atıb

Bakıda xəstəxanada müalicə alan qadın intihara cəhd edib.
Hadisə Xətai rayon ərazisində yerləşən Respublika Neyrocərrahiyyə Xəstəxanasında qeydə alınıb.
Belə ki, Masallı rayon sakini, 1971-ci il təvəllüdlü Ü.Mahmudova özünü müalicə aldığı xəstəxananın 3-cü mərtəbəsinin balkonundan atıb. Qadının vəziyyəti ağırdır.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır. Report
  •  (0)
  •  (0)