Bakıda DƏHŞƏT: Qadın qayınanası və həbsdən çıxmış əri tərəfindən amansızcasına döyüldü – FOTObackend

Bakıda DƏHŞƏT: Qadın qayınanası və həbsdən çıxmış əri tərəfindən amansızcasına döyüldü – FOTO

Ötən gün həyat yoldaşı tərəfindən şiddətə məruz qalan iki uşaq anası sığınacağa yerləşdirilib.

Bu barədə Oxu.Az-a “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib.

O bildirib ki, 15 yaşında ərə verilən xanım zorakılığa məruz qalmasına baxmayaraq, susurdu:

“O, iki övlad dünyaya gətirib. Verdiyi məlumata görə, əri oğurluq və s. cinayətlərə görə həbs olunub. 13 il həbs cəzası alıb. Əri həbsdən çıxdıqdan sonra qaynanası ilə birlikdə qadının bütün əşyalarını, qızıllarını əlindən alaraq evdən qovub. Yoldaşı barışmaq adı ilə qızın ata evinə gələrək orada onu dəfələrlə döyüb.

Sual yaranacaq ki, bəs polisə niyə müraciət edilməyib? Qadın polisə müraciət etdikdən sonra kənd axundları, mollalar, qohumlar barış və ərizəni götür deyə təyziq ediblər. Qadın məcbur olub ərizəsini geri götürüb və bundan sonra acımasız şəkildə yenidən döyülüb. Qadının hazırda başında yeddi tikiş, qolunda, üzündə isə müxtəlif yara izləri var”.

M.Zeynalova onu da əlavə edib ki, bu məsələlər artıq ciddi narahatlıq yaradır:

“Biz sığınacaq olaraq dəfələrlə qurumlara müraciət etsək də ciddi tədbir görülmür. Bu qadın bir müddət sonra məcbur olaraq sığınacaqdan çıxmalıdır. Bəs onun başına hər hansı hadisə gəlsə, “ər yoldaşını öldürdü” başlıqlı xəbərlərə iki saniyə baxıb keçməklə kifayətlənəcəyik? Biz artıq bu dəqiqədən etibarən “SOS” siqnalı veririk. Ona görə ki, sığınacaqda qalan kifayət qədər qadın var ki, onların həyatı təhlükəsi hələ də davam edir. Xahiş edirik aidiyyəti qurumlar tədbir görsünlər”.

 

  •  (0)
  •  (1)