Bakıda daha iki tibb işçisi koronavirusdan öldübackend

Bakıda daha iki tibb işçisi koronavirusdan öldü

8 saylı Şəhər poliklinikasının həkim-terapevti Həbibə Nəzərova və M.Ə.Əfəndiyev adına 2 nömrəli Şəhər klinik xəstəxanasının həkim-terapevti İntizar Məmmədova koronavirusdan dünyasını dəyişib.
Hokm.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Qeyd olunub ki, hər iki tibb işçisi koronavirusla mübarizənin ön cəbhəsində dayanan həkimlərdən olub: “Hər iki həmkarımız yüzlərlə koronaviruslu xəstəyə yenidən həyat bəxş edib. Lakin çox təəssüf ki, özləri də bu amansız xəstəliyin qurbanına çevrilərək həyatlarını itiriblər. Dəyərli həkimlərimizə Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı veririk”.
  •  (0)
  •  (0)