Bakıda daha bir ərazidə evlər plana düşdü – SÖKÜNTÜ BAŞLAYIR / VİDEObackend

Bakıda daha bir ərazidə evlər plana düşdü – SÖKÜNTÜ BAŞLAYIR / VİDEO

Yasamal rayonu Ələsgər Ələkbərov, Mikayıl Müşviq, Seyfəddin Dağlı küçələrində pilot lahiyyə çərçivəsində evləri plana düşən sakinlər tikinti şirkəti ilə razılığa gələ bilmirlər.

Hokm.az Redaktor.az-a istinadən xəbər verir ki, həmin küçələrdə pilot lahiyyə çərçivəsində 4 hektar ərazidə 14 və 16 mərtəbəli binaların tikilməsi nəzərdə tutulub.

Yeni binaları tikməyə hazırlaşan şirkət sahibləri vətəndaşlara kompensasiya deyil, tikiləcək olan binadan mənzil vermək istəyir. Bəzi sakinlər razılaşıb mənzillərini boşaltsalar da, tikinti şirkətinin təklifi ilə razılaşmayanlar da var.

Tikintini aparacaq şirkətin direktoru Rafayel Mirzəyev açıqlamasında bildirib ki, pilot lahiyyə Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb. Evləri söküləcək vətəndaşlara pul yox, tikiləcək binada mənzil verilməsi nəzərdə tutulub. Mənzillər hazır olana qədər isə aylıq minimum 300 manat pul ödəniləcək ki, kirayə ev tutsunlar.

Daha ətraflı videodan izləyin:

  •  (3)
  •  (1)