Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.
Hokm.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, paytaxtın Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 2 m² olan elektrik otağında 60 ədəd sayğac və 4 p.m kabel yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Şaxta boyunca kommunikasiya xətləri və mənzillər yanğından mühafizə olunub. Yanğın söndürülüb.