Bakıda çoxmərtəbəli yaşayış binasında güclü yanğın başlayıbbackend

Bakıda çoxmərtəbəli yaşayış binasında güclü yanğın başlayıb

Bakıda çoxmərtəbəli yaşayış binasında güclü yanğın baş verib.
Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Hokm.az-a məlumat verilib.
Bildirilir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.
Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri yanğınsöndürmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsi üçün yanğın baş verdiyi ünvana cəlb olunub.
Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
  •  (0)
  •  (0)