Bakıda çoxmərtəbəli binanın lifti qırıldı – Yaralılar varbackend

Bakıda çoxmərtəbəli binanın lifti qırıldı – Yaralılar var

Ötən gecə Bakıda çoxmərtəbəli binanın liftində qəza baş verib.

Hokm.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə saat 22:20 radlərində Nizami rayonu Özbəkistan küçəsi 1 ünvanında “Yeni Ev 7” MTK-nın tikdiyi çoxmərtəbəli binada baş verib. Liftin zərbə ilə şaxtaya çırpılması nəticəsində orada olan 4 qadın və 2 azyaşlı ağır xəsarətlər alıb. Yaralılar təcili olaraq xəstəxanalara çatdırılıblar. Onların bədənlərində çoxsaylı sınıqların olduğu müəyyən edilib.

Faktla bağlı Nizami Rayon Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb.

  •  (0)
  •  (2)